Türkiyənin zəlzələ baş verən bölgələrində ümumilikdə 468 031 yaşayış yeri inşa ediləcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında bildirib.
Bu barədə 1 mart tarixində APA məlumat verib.
O qeyd edib ki, onlardan 392 350-si bina evi, 75 681-i isə kənd evidir.
Ərdoğan artıq ilk 21 244 evin inşasının başlanıldığını vurğulayıb.