Mayın 4-dən 7-dək Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən APA-ya məlumat verilib.
İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları utilizasiya ediləcək.
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə əlavə edilib.