Ucarda "Azsamand" markalı avtomobil yanıb. Bu barədə 11 may tarixində Report məlumat verib.
Hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
Belə ki, İsmayıllı rayon sakini Kərimov Kamil Kamran oğlu 31-BF-640 dövlət nömrə nişanlı "Azsamand" markalı avtomobillə hərəkətdə olarkən avtomobil yanmağa başlayıb.
Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğına səbəb kimi avtomobilin elektrik naqillərində baş verən qısaqapanma göstərilir. Hazırda faktla bağlı araşdırma aparılır.