Ucarda evin həyətindən kişi meyiti aşkar edilib. Bu barədə 18 aprel tarixində APA məlumat verib.
Belə ki, Qazıqumlaq kəndində Ağasıyeva Məryəm Gözəl qızının yaşadığı evin həyətində Ələkbərov Əlisurət Ələkbər oğlunun meyiti aşkar edilib.
Ələkbərov Əlisurət Ələkbər oğlunun meyitinin xarici müayinəsi zamanı bədəni üzərində gözlə görünən zorakı xəsarət aşkar edilməyib, mərhumun ölüm səbəbi və sair halları müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib.
Müəyyən edilib ki, Ə.Ələkbərov yaddaş pozğunluğundan əziyyət çəkirmiş, eləcə də əvvəllər 2 dəfə infarkt keçiribmiş.