Səudiyyə Ərəbistanında Ümrə ziyarətinə gələnləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 20 nəfərin öldüyü bildirilir. Bu barədə 27 mart tarixində İHA məlumat verib.
Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərlərə görə, Məkkəyə gedən avtobusun əyləcində baş verən nasazlıq nəticəsində avtomobil körpüyə çarpılaraq yanmağa başlayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürənlərin göndərildiyi, yaralıların ətraf xəstəxanalara aparıldığı bildirilib.
Məlumata əsasən ,qəzaya uğrayan avtobusda Yəməndən olan Ümrə ziyarətçiləri olublar.
[playlist type="video" tracklist="false" ids="110602"]