"Hatayspor"un baş məşqçisi Volkan Dəmirəl zəlzələdən sonra canlı yayım açaraq kömək istədi. Bu barədə İnsanoid bu gün, 6 fevral tarixində məlumat verib.
O, həyat yoldaşı ilə açdığı canlı yayımda bildirib ki:
“Biz öz imkanlarımızla çox bir şey edə bilmirik. Xahiş edirəm, Allah xatirinə, nə qədər kömək imkanınız varsa, göndərin. Kömək, kömək, xahiş edirəm. Burada insanlar çox pis vəziyyətdədirlər. Ətraf ərazilərdə də vəziyyət eynidir, sadəcə Hatay, Antakyada deyil”.
Təbii fəlakət nəticəsində Kahramanmaraş güləş komandasının 30-40 üzvü, şəhərin futbol komandası tam heyətlə dağıntılar altında qalıb.