Xaçmazın Yalama kəndində ər və arvadı yaşadıqları evdə yanaraq ölüblər. Bu barədə Report 10 aprel tarixində məlumat verib.
Kənd sakini, 60 yaşlı Aslan Taqverdiyev və həyat yoldaşı, 58 yaşlı Rumayə Taqverdiyeva yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.