Xaçmaz şəhərində qadın meyiti tapılıb. Bu barədə Report 19 iyun tarixində xəbər verib.
Şəhərin N.Nərimanov prospekti, 68 ünvanında təxminən 40-45 yaşlarında olan Səmayə adlı qadının yaşadığı evdə meyiti aşkarlanıb.
Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.