Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Report 27 aprel tarixində xəbər verib.
Gəndob - Xaçmaz - Yalama yolunun 30-cu km-də, rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində "Opel Astra" markalı minik avtomobili yolu keçmək istəyən piyada, Yeni Sudur kənd sakini, 23 yaşlı Dəmirağa Əliosmanovu vurub.
Piyada Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, reanimasiya şöbəsində keçinib.
Faktla bağlı araşdırma aparılır.