Xızıda intihar hadisəsi baş verib. Bu barədə 25 aprel tarixində Lent.az məlumat verib.
Hadisə rayonun Giləzi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 47 yaşlı Cahanbaxış Baxış oğlu Baxışov yaşadığı evin həyətində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırılma aparılır.