Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 27 aprel tarixində xəbər verib.
Rayonun Giləzi qəsəbəsində yolu keçmək istəyən 65 yaşlı Atlan Məmmədovu “Renault” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.