Xocavənddə narkotik bitkilər məhv edilib.
Bu barədə 14 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xocavənd kəndi ərazisində yabanı halda bitən, çəkisi 3 ton 200 kiloqram olan çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.