Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus silah-sursat aşkar edilib.
Bu barədə 23 iyun tarixində Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 qumbaraatan, 1 tapança, 882 ədəd müxtəlif çaplı patronlar və digər sursatlar götürərək aidiyyəti üzrə təhvil veriblər.