Xocavənddə qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıb. Bu barədə mayın 4-də Daxili İşlər Nazirliyindən APA-ya məlumat verilib.
Azıx kəndində Altay Səfərəliyev, İlkin Məmmədov və Hümbət Səfərəliyevin idarələrində olan “Ford” markalı avtomobil nəzarət qaydasına uyğun saxlanılıb. Avtomobildən qanunsuz olaraq topladıqları çəkisi 2 ton olan metal tullantılar aşkar edilib.
Faktla bağlı şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.