Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıcı vasitələr aşkar edilib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 19 may tarixində xəbər verir.
Polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil veriblər.
[caption id="attachment_116396" align="alignnone" width="696"]
Foto DİN[/caption]