Bu ilin yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib. Bu barədə 16 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Bildirilib ki, onlardan 7,8 mininə ilkin, 8,8 mininə isə təkrar əlillik təyinatı aparılıb.
Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında aparılır. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.