Yardımlıda qəza ölümlə nəticələnib. Bu barədə Report 16 mart tarixində xəbər verib.
Yardımlı-Deman-Arvana avtomobil yolunun 12-ci kilometrliyində Cavid Əliyev idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın aşıb. Nəticədə avtomobildə olan sərnişin Nahid İmanov hadisə yerində ölüb.
Sürücü C.Əliyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.