"Yeni Klinika”nın sabiq direktoru Pərviz Abbasovun apellyasiya şikayəti ilə bağlı məhkəmə prosesi başa çatıb. Onun cəzası 5 il 6 aya endirilib. Bu haqda aprelin 28-də APA məlumat yayıb.
Sözügedən şəxs məhkəmədə çıxış edərkən qərardan narazı qaldığını və nə vaxtsa bəraət alacağına əmin olduğunu qeyd edib.
Qeyd edək ki, xəstəxananın keçmiş rəhbəri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. O və bir neçə həkim “rüşvət alma” maddəsilə ittiham olunub.