Daxili Qoşunların hərbçisi vəfat edib. Bu barədə 31 mart tarixində Lent.az məlumat verib.
Hadisə Zaqatala rayonunda qeydə alınıb.
Zaqatala sakini, 27 yaşlı Məhəmməd İbrahim oğlu Cindarov ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, M.Cindarov Daxili Qoşunların hərbi qulluqçusu idi. O, Zaqatalaya məzuniyyətə gəlibmiş.
Bildirilir ki, M.Cindarov nişanlı olub. Bu gün o, nişanlısını görməyə gedibmiş. Hadisə də nişanlısının evində olub. M.Cindarov nişanlısının yanında dünyasını dəyişib.