Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsi iddia edilib. Bu barədə Oxu.az 20 iyun tarixində xəbər verib.
Rayon ərazisində sahibsiz itlərin öldürülməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videoda motosikletin yük yerində bir neçə it cəsədinin aşkarlandığı görünür.
Həmin an bir neçə vətəndaş arasında insident yaşanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, ötən gecə DİN-in “102” Xidməti - Zəng Mərkəzinə müraciət edən Zaqatala rayon sakini Nizami Ramazanov şəhər ərazisində sahibsiz itləri güllələyən şəxslərin ona və bacısına qarşı fiziki güc tətbiq etmələri ilə bağlı məlumat verib:
“Daxil olmuş müraciət əsasında hazırda rayon polis şöbəsində araşdırma aparılır”.
View this post on Instagram