Zaqatala rayon sakini, əvvəllər də məhkum olunmuş Aslan Əzizovdan kağız bükümdə marixuana aşkar edilərək götürülüb. Bu barədə 27 iyun tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
O, şübhəli şəxs qismində saxlanılıb.
Davam etdirilən tədbirlərlə A.Əzizovun pay torpaq sahəsindəki yarımtikiliyə də baxış keçirilib və oradan 1 kiloqram 400 qramdan artıq marixuana aşkarlanıb.
Saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.