Zaqatalada məscidin nəzir qutusundan pul oğurlanıb. Bu haqda aprelin 22-də Daxili İşlər Nazirliyindən Report-a məlumat verilib.
Belə ki, aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manat götürülüb. Keçirilən əməliyyat nəticəsində əvvəllər də oğurluğa görə məhkum edilmiş Qandax kənd sakini saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.