İki gün öncə Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb. Bu barədə 19 iyul tarixində APA məlumat verib.
Rayonun Alı Mustafayev küçəsinin 2006-cı il təvəllüdlü sakini S. Məmmədəliyevin cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.