“Zirə” klubu daha 4 futbolçusu ilə vidalaşıb. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 14 iyun tarixində məlumat verir.
Müdafiəçilər: Ruslan Abışov, Sərtan Taşkın, Donlad Gerye və yarımmüdafiəçi Mohamed Hamdaui ilə yollar ayrılıb. Adıçəkilən oyunçularla başa çatan müqavilə yenilənməyib.
“Zirə” yay fasiləsində Loris Bronyo, Hamidu Keyta, Coşqun Diniyev, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileunu da yola salıb.