Rusiyada yaşayan həmyerlimiz, psixoloq, ekstrasens Zirəddin Rzayev Rusiya Federasiyasının Dövlət Dumasında deputat köməkçisi təyin olunub. Bu barədə 15 mart tarixində Lent.az məlumat verib.
Bunu ekstrasensin özü bildirib. O artıq bir neçə ildir ki, Rusiya Federasiyasının İctimai Palatasının komissiya üzvü olduğunu deyib.
Onun sözlərinə görə, Rusiyada ictimai, siyasi və dövlət işləri üzrə sosial status alıb və bundan sonra bu ölkədə siyasi fəaliyyətini genişləndirmək fikrindədir.