Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2021-ci ilin ilk altı ayı ərzində 120-dən çox biznes planın hazırlanmasında sahibkarlara dəstək göstərilib. Bu barədə 23 avqust tarixində KOBİA-ın rəsmi saytında məlumat verilib.
Agentliyin məqsədi biznes planların maliyyə resurslarına yönləndirilmək və bununla kiçik və orta biznes subyektlərinə dəstək göstərməkdir.
Mərkəzdə həmçinin peşəkar təlimçi-ekspertlər tərəfindən biznes yönümlü təlimlər keçirilir və praktik məsləhət xidmətləri göstərilir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.
Mərkəzlərin xidmətlərindən mikro, kiçik, orta sahibkarlar və yeni biznesə başlamaq istəyənlər faydalana bilər.
Sahibkarlar biznesin qurulması və inkişafı üçün KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. Hazırda Azərbaycanın müxtəlif şəhər və rayonlarında 20-dən çox belə mərkəz mövcuddur.