Bakıda Tbilisi prospekti ilə Cavadxan küçəsinin kəsişməsindən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu hissədən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Nəqliyyat Agentliyi 31 avqust tarixində məlumat verib.
Gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobili aşıb. Nəticədə yola yağ dağılıb. Hazırda yolda təmizlənmə işləri gedir.