Bu ilin yekununda Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) dəyərinin 50 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Bu barədə 14 dekabr tarixində Report iqtisadiyyat naziri Mikayıl Cabbarova istinadən xəbər verib.
Nazir Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumundakı çıxışında bildirib ki, 2021-ci ilin 11 ayı ərzində ÜDM-in artım tempi 5,3%, o cümlədən qeyri-neft sektorunun artım tempi 6,4% olub. Proqnozlara əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu 3,9% artaraq 86,6 milyard manata çatacaq.
Eyni zamanda gələn il qeyri-neft ÜDM-in 4,9%, neft ÜDM-in 1,8% artması gözlənilir.