Üzərinə benzin tökən şəxs öldü Saatlıda intihar hadisəsi baş verib.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə Dəllər kəndində qeydə alınıb.
Belə ki, 37 yaşlı Nahid Seyfullayev sərxoş halda yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb.
O, dərhal xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırılma aparılır.
Firuzə Babayeva