2020-ci il 5 oktyabrda Azərbaycan Ordusunun Qarabağda azadlıq uğrunda döyüşləri davam edirdi.
Prezident İlham Əliyev rəsmi Twitter hesabında Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcallı, Məzrə kəndlərinin və bir sıra strateji yüksəkliklərin işğaldan azad edildiyini elan edib.