top
7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi ilə bağlı QƏRAR
24 sentyabr 2025, 01:44
- ↺ +

7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi ilə bağlı QƏRAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə Sumqayıtda məşq zamanı yeddiyaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2023-cü il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsində Mehman Xəlilov barəsindəki dörd aylıq həbs qətimkan tədbiri seçilib. Təqdimata baxılarkən Mehman Xəlilov özünü təqsirli bilmədiyini, uşağın ölümündə günahkar olmadığını deyib.

Mehman Xəlilov ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmədə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər