Bakıda evdən oğurluq edən qadın tutulub. Bu barədə aprelin 2-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Səbail rayonundakı mənzillərin birindən 8 600 dollar oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini S.Qurbanova müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.