Ağdərədə ermənilər tərəfindən saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayev ölkəmizdə saxlanan iki erməni ilə dəyişdirilib. Bu barədə sentyabrın 7-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.
Ermənistan tərəfinə təhvil verilən İki erməni əsirinə qarşı Azərbaycanda heç bir cinayət işi açılmamışdı. Onlar azaraq Azərbaycan ərazisinə keçmişdilər.
Müdafiə Nazirliyindən avqustun 26-da verilən məlumata görə, Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib. Əsgər Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
Ermənistan mətbuatının yaydığı məlumata əsasən, Cəmil Babayev avqustun 25-də Ağdərədə ermənilər tərəfindən saxlanılılb. İddialara görə, o ermənilərin evinə girib və yemək tələb edib.