Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib. Bu barədə Ağdam rayon İcra Hakimiyyətindən sentyabrın 7-də məlumat verilib.
Məlumatda bildirilir ki, şəhər ərazisində elektrik enerjisi və su xətləri çəkilir, yollar tikilir.
Hazırda Ağdam rayonunun digər ərazilərinin minalardan təmizlənməsi prosesi davam edir.