top
Ağ öküz ili: 2021-ci ildə nələr baş verib
30 dekabr 2021, 05:30
- ↺ +

Ağ öküz ili: 2021-ci ildə nələr baş verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yaxınlarda 2021-ci ili, Ağ öküz ilini geridə qoyacağıq. Bu il Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı. İnsanoid qeyd edilən dövr ərzində ölkədə baş verənlərin siyahısını təqdim edir.

11 yanvar tarixində Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan bəyanat imzalayıblar. Bəyanatda regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi qeyd olunub.

Yanvarın 30-da Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün Türkiyə - Rusiya birgə monitorinq mərkəzi fəaliyyət göstərməyə başlayıb. Mərkəz Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşir.

Mayın 12-13-də Şuşanın Cıdır düzündə Xarıbülbül Musiqi Festivalı baş tutub. Qala-konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Müslüm Maqomayevin, Tofiq Quliyevin və digər bəstəkarların əsərləri təqdim olunub.

Mayın 29-u “8 Noyabr” metrostansiyası istifadəyə verilib. Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalla üzbəüz yerləşir.

4 iyun tarixində Kəlbəcərdə Azərtac-ın əməkdaşı Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və RİH-in nümayəndəsi Arif Əliyev minaya düşərək şəhid olublar.

İyunun 15-də Şuşada Azərbaycan və Türkiyə arasında bəyannamə imzalanıb. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə lazımi yardım göstərilməsi nəzərdə tutulur.

4 iyul tarixində Xəzərdə güclü partlayış baş vermişdir. Partlayışa səbəb Daşlı adada palçıq vulkanının püskürməsi olmuşdur.

23 iyul - 9 avqust tarixlərində Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunları keçirilib. Yarışlarda iştirak edən 44 idmançımızdan 7-si medal qazanıb. Onlardan 3-ü gümüş, 4-ü bürünc medal olub.

24 avqust - 5 sentyabr tarixlərində isə Tokioda 2020 Yay Paralimpiya Oyunları baş tutub. İştirak edən 34 idmançıdan 16-sı medal qazana bilib. Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan millisi medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

10 sentyabrda Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində, Gorus-Qafan yolunda nəzarət-keçid məntəqəsi quraşdırıb.

Oktyabrın 6-dan etibarən AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Oktyabrın 7-də Bakı Zooloji Parkının açılışı olub. Parkın ilk ziyarətçiləri şəhid ailələrindən və internat evlərindən olan 450 nəfərə yaxın uşaq olub.

26 oktyabr - Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Açılışda dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Noyabrın 7-də Zəfər Yolu istismara verilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Şuşaya qədər uzanır.

Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü baş tutub. Görüşün yekunu olaraq Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş naziri Bəyanat imzalayıblar.

Noyabrın 30-da DSX-nın hərbi helikopteri Xızı rayonunda qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb.

Brüsseldə dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Ermənistan öz ərazisindən dəmir yolunun çəkilişinə tezliklə start verəcəyi ilə bağlı öhdəlik götürüb.

Dekabrın 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib. Görüş Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub.

[video width="1280" height="720" mp4="https://insanoid.com/storage/thumbs/large/2021/12/11yanvar_Final.mp4"][/video]

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:49

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

Cəmiyyət
Bu gün, 12:32

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Cəmiyyət
Bu gün, 12:11

Azərbaycanda "Rəqəmsal rabitə" informasiya sistemi yaradılır

Cəmiyyət
Bu gün, 11:58

Aygün Kazımova məktəblərdə hicab müzakirələrinə qoşuldu: "Qarşıdurma yaratmaq yolverilməzdir"

Siyasət
Bu gün, 11:38

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

Cəmiyyət
Bu gün, 10:31

Aktrisa Demet Özdemir sel səbəbindən studiyada köməksiz vəziyyətdə qaldı - VİDEO

Cəmiyyət
Bu gün, 09:53

Reper Navai Qazaxıstanda yeni cəza ilə üz-üzədir

Cəmiyyət
Bu gün, 09:26

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:05

Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:35

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Bütün Xəbərlər
Dünən, 16:25

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Bütün Xəbərlər
Dünən, 16:13

Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarıla bilər

Bütün Xəbərlər
Dünən, 15:53

Sərxoş sürücü ailə faciəsinin səbəbkarı oldu

Bütün Xəbərlər
Dünən, 15:40

Kartdan-karta pul köçürmələri ödənişli olacaq?

Bütün Xəbərlər
Dünən, 14:48

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub

Bütün Xəbərlər
Dünən, 14:02

Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb

Bütün Xəbərlər
Dünən, 13:32

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı dezinformasiya yayıb

Bütün Xəbərlər
Dünən, 13:27

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:42

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gələcək

Bütün Xəbərlər
Dünən, 12:27

Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 10:54

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün Xəbərlər
Dünən, 10:35

Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib

Bütün Xəbərlər
Dünən, 10:32

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Oxşar xəbərlər