ABŞ Azərbaycan və Ermənistan arasında müharibə zamanı zərər çəkmiş ərazilərin minadan təmizlənməsinə 500 min dollar məbləğində yardım ayırıb. Bu barədə noyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilir ki, münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar müəyyən çətinliklər yaradır: “Bu vəziyyət mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafa və məcburi köçkünlərin qayıtmasına maneə törədir”.
Diplomatik nümayəndəliyin paylaşımına əsasən, ABŞ 1993-cü ildən etibarən beynəlxalq sülhün və təhlükəsizliyin inkişafı üçün 100-dən çox ölkəyə 4 milyard dollardan artıq yardım ayırıb.
To promote regional peace and cooperation, the United States is pleased to announce $500,000 for humanitarian #demining operations. More: https://t.co/l9WJkqwF4F
— U.S. Embassy Baku (@USEmbassyBaku) November 6, 2021