ABŞ-da yeni Azərbaycan diaspor təşkilatı yaradılıb. Təşkilat avqustun 27-də Yuta Ştatının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs qismində qeydə alınıb.
Yeni təşkilatın rəhbəri Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yuta-Azərbaycan İcmasının nümayəndəsi Əsmər Hüseynovadır.