top
ABŞ-də azərbaycanlı tələbənin konfransdakı çıxışı maraqla qarşılanıb
15 fevral 2025, 05:42
- ↺ +

ABŞ-də azərbaycanlı tələbənin konfransdakı çıxışı maraqla qarşılanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin Qələbə çıxışı milli qürurun bərpası, illərlə davam edən yaraların sağalması idi.

Report.az xəbər verir ki, bunu ABŞ-nin nüfuzlu Pensilvaniya Dövlət Universitetinin azərbaycanlı tələbəsi Nihat Həsən sözügedən ali təhsil müəssisəsində keçirilmiş konfransda çıxış edərkən deyib.

Çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanan Nihat Həsən bildirib:

“Təsəvvür edin ki, ölkənizin müharibə ilə parçalandığını görürsünüz və ətrafınızdakı insanların əziyyət çəkdiyinə şahid olursunuz. İndi isə bu münaqişənin sona çatdığını və rahatlıq, ümid hissini təsəvvür edin. Prezident İlham Əliyevin 2020-ci il Qələbə çıxışı Azərbaycan üçün məhz bunu ifadə edirdi. Bu gün mən sizə bu çıxışın niyə mühüm bir vətəndaş iştirak aktı olduğunu, onun təkcə bir millətə deyil, həm də şəxsən tanıdığım insanlara necə təsir etdiyini paylaşmaq istəyirəm.

İlham Əliyev bu çıxışı 10 noyabr 2020-ci ildə, Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağ bölgəsindəki torpaqlarını geri aldıqdan sonra etdi. Prezident çıxışında hərbi qələbəni qeyd etdi və bunun uğrunda canından keçən şəhidlərimizi andı. Amma bu, sadəcə bir qələbə elanı deyildi – bu, xalqı səbirli, qürurlu olmağa və gələcəyə ümidlə baxmağa çağırış idi.

Bildiyiniz kimi, vətəndaş iştirakçılığı təkcə səsvermə və ya könüllü olmaqdan ibarət deyil, bu həm də liderlərin öz səslərindən istifadə edərək cəmiyyəti ilhamlandırması və çətin anlarda bir araya gətirməsidir. İlham Əliyev də məhz bunu etdi. O, sadəcə qələbəni elan etmədi, eyni zamanda, insanların fədakarlığını və yaşadıqları ağrını qəbul etdi. Bu çıxışdan sonra bütün xalq, azərbaycanlılar bir-birinə daha da bağlandı".

Azərbaycanlı gənc daha sonra başından keçən bir əhvalatı da bölüşüb:

"Bunu daha da şəxsi bir hekayə ilə izah etmək istəyirəm. Mənim riyaziyyat müəllimim İkinci Qarabağ müharibəsində oğlunu itirmişdi. O, hər zaman gülərüz və hörmətə layiq bir insan idi, amma bu hadisədən sonra tamamilə dəyişdi. Onun saçlarının ağardığını, gözlərinin altındakı qara kölgələri və əvvəlki gülərüz halının yox olduğunu görürdük. Lakin bu qələbə elan edildikdən sonra onda açıq-aydın bir dəyişiklik hiss etdik. Doğrudur, bu onun kədərini tamamilə silmədi, amma ona bir məqsəd hissi verdi – oğlunun qurbanının boşa getmədiyini bilmək ona güc verdi. Bax, bu çıxışın təsiri belə idi. Bu çıxış bir milləti bir araya gətirdi və insanlara ümid verdi.

Bu çıxış təkcə ərazi qazanclarından ibarət deyildi. Bu, milli qürurun bərpası və illərlə davam edən yaraların sağalması idi. Eyni zamanda, bu, bütün dünyaya Azərbaycanın irəli getməyə və ölkəni yenidən qurmağa hazır olduğunu göstərdi".

Qeyd edək ki, Nihat Elşən oğlu Həsən 2006-cı ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 132-134 saylı Təhsil Kompleksində alıb. Məktəbdən məzun olmasına hələ bir il qalmış, yəni 10-cu sinifdə oxuyarkən Nihat artıq ABŞ-nin ali təhsil müəssisələrinə qəbul üçün xüsusi olaraq tərtib olunmuş SAT proqramı üzrə test imtahanlarını uğurla verərək Pensilvaniya Dövlət Universitetinin tələbəsi adını qazanıb. Gənc həmvətənimiz hazırda həmin universitetin İnformatika (Computer Science) fakültəsinin 2-ci kurs tələbəsidir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
Dünən, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
Dünən, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
Dünən, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Oxşar xəbərlər