Hava limanı - Mərdəkan magistral yolunda baş verən yol qəzasında yaralanan daha bir nəfər dünyasını dəyişib. Bu barədə oktyabrın 20-də Sputnik Azərbaycan məlumat yayıb.
Hadisə oktyabrın 13-də baş verib. Belə ki, Suraxanı dairəsində yük avtomobili 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Nəticədə 6 nəfər həlak olub, 25 nəfər yaralanıb.