top
Ağdaşda dəhşətli qətl: Qardaşını ata mülkü üstündə öldürdü —TƏFƏRRÜAT
12 yanvar 2026, 05:45
- ↺ +

Ağdaşda dəhşətli qətl: Qardaşını ata mülkü üstündə öldürdü —TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağdaş rayonunda 1977-ci il təvəllüdlü Qalib Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı, 1975-ci il təvəllüdlü Mirmehdi Musayevi bıçaqlayaraq öldürüb.

Demokrat.az xəbər verir ki, o, qardaşı Mirmehdinin mütəmadi olaraq birlikdə yaşadıqları fərdi yaşayış evinin özünə məxsus olmasını bildirərək həmin evi satmaq məqsədilə mübahisələr yaratması, digər hərəkətləri ilə bağlı yaranan mübahisə zamanı onu öldürmək qərarına gəlib.

Qalib həmin niyyətini gerçəkləşdirmək üçün 2024-cü ilin noyabrın 23-də, saat 9 radələrində özünə məxsus xəncəri yaşadığı Ağdaş rayonunun Aral-2 kəndində yerləşən fərdi yaşayış evinin otağından götürüb və həmin evin həyətyanı sahəsində bacılarının gözləri qarşısında ona 8 zərbə yetirib. Mirmehdi Musayev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən Qalibin barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı partlayıcı maddələri və qurğuları satma) maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Qalib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü ildə Ağdaş rayonunda atasını maşın vurub və həmin vaxt Mirmehdi Bakıda yaşayıb: “Mirmehdi hadisədən sonra Ağdaşa gəldi və mənə dedi ki, atamı maşınla vuran şəxsdən şikayət etmə. Ona görə həmin şəxsdən şikayət etmədim. Mirmehdi atamı maşınla vuran şəxsdən pul aldığı üçün ondan şikayət edilməməyimi tələb etdi. Bundan 3 gün sonra Mirmehdi atamı xəstəxanadan çıxardı. Halbuki, həkim onun xəstəxanadan çıxmasına icazə vermədi. Buna baxmayaraq, Mirmehdi atamı yarımçıq xəstəxanadan çıxararaq evə gətirdi. Evdə də həkimin ona baxacağını bildirdi. Sonra isə Bakıya getdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra 5 ay ərzində atasına baxıb və bu müddət ərzində atasının üstünə heç bir həkim gəlməyib: “Atamın gipsdə olan ayağı açıldı, lakin ayağı tərpənmədi. Bundan əlavə, ayağının hər yeri qapqara olmuşdu. Digər qardaşım Ağasını evimizə gətirdim. Ağasının yanında atam məni nəzərdə tutaraq dedi ki, uşaq dedi, inanmadım, siz məni öldürürsüz. 1 gün sonra 78 yaşlı atam rəhmətə getdi. Atamın ölüm xəbərini Mirmehdiyə zəng vuraraq desəm də, o, yasa gəlmədi. Yası keçirdik, atamı dəfn etdik”.

Qalib Musayevin sözlərinə görə, bundan bir müddət sonra Mirmehdi gəlib və onlara ata mülkü onun olduğunu deyib: “Buna görə evdə dava oldu. Atam və özüm ovçu olmuşuq. Atama məxsus tüfəng olub, pullarımız olmadığı üçün onu satıb, evə qaz çəkdirmişik. Axırda Mirmehdiyə dedim ki, mən evdən çıxıram, ancaq o birilər burada qalır. Bundan sonra evdən çıxaraq Göyçaya getdim və orada ailə quraraq yaşamağa başladım. Orada olarkən eşitdim ki, Mirmehdi evdə olan qardaşım və bacılarımı evdən çıxarır. Bacılarım heç zaman evdən çölə çıxmayıblar. Qardaşım isə psixi xəstəlikdən əziyyət çəkir. Bakıda qardaşımın birini maşın vurub. Mirmehdi sənədlərə qol çəkdirərək, onu vuran şəxsdən də pul alaraq xərcləyib. Pandemiya vaxtı bizim hər birimizə verilən 190 manatı da Mirmehdi xərcləyib. Sonra eşitdim ki, Mirmehdi bacım Aybənizi evdən çıxarır. Buna görə aramızda dava düşdü və Mirmehdi Bakıya getdi”.

əqsirləndirilən şəxsin ifadəsinə görə, Mirmehdi atasından qalmış torpağı satacağını bildirib, ayrı-ayrı adamlardan pul alıb və ona görə bacılarını evdən çıxartmaq istəyib: “Bir müddət sonra digər qardaşım Ağası bizə gəldi və Mirmehdinin evi yandıracağını dedi. Daha sonra Mirmehdi gəldi, beli götürərək, əkinləri məhv etməyə başladı. Bacım mənə “dinmə, bu artıq qudurğanlıqdı” dedi”.

Qalib Musayev bildirib ki, 2024-cü ilin noyabrın 23-də səhər saat 9 radələrində yuxudan oyanıb, evin həyətyanı sahəsinə çıxıb: “Həmin vaxt Mirmehdinin yenə də şumladığım torpaq sahəsini ayağı ilə
düzləşdirməyə çalışdığını gördüm. Mirmehdinin şumladığım torpağı düzləşdirmək istədiyini görərək əsəbləşdim. Mirmehdiyə torpağı niyə düzləşdirdiyini soruşdum. Dedi ki, torpaq mənimdi, özüm bilərəm, sən kimsən? Onun bu sözlərindən əsəbləşdim. Mirmehdiyə söyüş söydüm və bundan sonra Mirmehdi üzərimə gələrək, məni vurmaq istədi. Mirmehdiyə artıq məni bezdirdiyini, torpağı düzləşdirməməyini, əks təqdirdə onu vuracağımı dedim. Mirmehdi mənə nalayiq ifadə işlətdi, vura bilməyəcəyimi dedi. Artıq olanlardan bezmişdim. Mirmehdinin hərəkətləri məni təngə gətirdi və bu səbəbdən Mirmehdini öldürmək qərarına gəldim. Həmin vaxt bacılarım Aybəniz və Gülbəniz də evin həyətyanı sahəsində olublar”.

Qalib Musayevin dediyinə görə, yaşadıqları evdə babasından atasına, atasından isə ona qalan ov üçün istifadə olunan xəncər olub: “Həmin xəncəri yatdığım döşəyin altında gizlətmişəm. Mirmehdini öldürmək məqsədilə həmin xəncəri gizlətdiyim yerdən götürərək çölə çıxdım. Çölə çıxanda evin kürsüsünə qalxan pilləkənin qarşısında Mirmehdi ilə qarşılaşdım və bu zaman sağ əlimdə tutduğum xəncərlə Mirmehdiyə zərbə vurdum. Ancaq xəncərin Mirmehdiyə dəyib-dəymədiyini, hansı nahiyəsindən dəydiyini bilməmişəm. Daha sonra yaxalaşdıq. Mirmehdi əlimdən tutaraq zərbə vurmağımın qarşısının almağa çalışdı. Lakin biz dalaşa-dalaşa kürsünün digər tərəfinə, Mirmehdinin yıxıldığı yerə getdik. Bacılarım Gülbəniz və Aybəniz də bizi aralaşdırmağa çalışdılar. Orada da Mirmehdiyə bir neçə xəncər zərbəsi vurdum və Mirmehdi yerə yıxıldı. Mirmehdi yerə yıxıldıqdan sonra əyilərək ona daha bir neçə zərbə yetirdim. Mirmehdinin öldüyünə əmin olduqdan sonra təslim olmaq üçün evə girdim, əlimi yudum, paltarlarımı dəyişdim və Mirmehdiyə xəsarətlər yetirdiyim bıçağı da götürərək Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aral-1 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə getdim. Müşviq adlı nümayəndəyə qardaşımı öldürdüyümü bildirdim. Ondan polisə məlumat verməsini xahiş etdim. Xəncəri isə nümayəndəlikdəki stolun üzərinə qoydum. Bir qədər sonra polis əməkdaşları gələrək, məni təhvil aldılar”.

Qalib Musayevin ifadəsinə görə, 2014-cü ildən Mirmehdi ilə münasibəti pisləşib: “Hadisə vaxtı evdə iki bacım və bir xəstə qardaşım yaşayıb. Mübahisə zamanı bacılarım və qardaşım orada olub. Birinci Mirmehdi məni vurub. Neçə zərbə vurduğunu bilmirəm. Amma ekspertin yazdığına görə 8 zərbə olub. Bacılarım Aybəniz və Gülbəniz anlaqsız deyillər, sağlamdırlar. Bacım Dürdanə və qardaşım Ağa yataq xəstələridir. Ağası isə Ağdaş şəhərində yaşayır. Xəstəliyi də var. Amma nə xəstəliyi olduğunu bilmirəm. Bir uşağım var, ancaq ailəmdən ayrılmışam. Bacılarım Aybəniz və Gülbəniz dərman atmayanda, pis olurlar”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Qalib Musayev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci mаddəsinə tövsif edilməsini və həmin mаddə çərçivəsində оnа аşаğı cəzаnın təyin edilməsini xahiş edib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Oxşar xəbərlər