Safari turizmi ekoturizmin geniş yayılmış növlərindən biri hesab edilir. Şamaxı Safari Parkı heyvanlarının sayı və növünün çoxluğuna görə Qafqazda yeganə hesab edilir. Bu barədə 18 oktyabr tarixində Sputnik Azərbaycan reportaj hazırlayıb.
Park 2017-ci ildən fəaliyyətə başlasa da texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Hazırda isə park ziyarətçilər üçün açıqdır.
"Safari parkın məqsədi insanlarda heyvanlara sevgini aşılamaq, insanla heyvanın yaxın ünsiyyət qurmasına imkan yaratmaqdır", - deyə parkın turizm üzrə koordinatoru Leyla Əliyeva qeyd edib.
2 nəfərlik safari maşınında və ya 4 nəfərlik offroad maşınında fərdi tur biletinin qiyməti 100 manat, 3 nəfərlik safari maşınında və ya 6 nəfərlik offroad maşınında turun qiyməti isə 150 manat təşkil edir.