Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 8 Noyabr - Zəfər Günü münasibətilə elan edilməsi nəzərdə tutulan amnistiya aktının kimlərə şamil ediləcəyi məlub olub.
Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, bu məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər:
- Döyüşlərdə iştirakına görə, habelə digər xüsusi xidmətlərinə görə orden və medallarla təltif edilmiş şəxslər;
- İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş və ya həlak olmuş şəxslərin yaxın qohumları.
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar noyabrın 5-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.