top
Anası barədə yayılan söz-söhbətlər qanla bitdi — TƏFƏRRÜAT
04 dekabr 2025, 00:44
- ↺ +

Anası barədə yayılan söz-söhbətlər qanla bitdi — TƏFƏRRÜAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələ rayonunda 18 yaşlı oğlan anası haqqında intim söhbətlər yayan qonşusuna ağır xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, Ağdaş rayon sakini, 2008-ci il təvəllüdlü Cəfər həmkəndlisi və əvvəlcədən anası Əfsanə ilə aralarında olan mübahisələr nəticəsində küsülü və ailə üzvləri ilə ədavətli olan Elcana (adlar şərtidir – red.) bir neçə dəfə zəng edib.

O, Elcana digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası Əfsanə, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirərək, bu barədə ona iradını bildirib.

Daha sonra o, həmin gün, gecə saat 2 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Elcanla Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən “Park Market” adlı supermarketin qarşısında görüşüb, orada həmin mövzu ilə əlaqədar mübahisəni davam etdirib.

Bundan sonra saat 3 radələrində Elcanın təklifi ilə onunla birlikdə avtomobillə Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən inzibati binasının arxa hissəsinə gəlib. Orada həmin mövzu ilə əlaqədar əvvəlcə avtomobildə, ardınca avtomobildən yerə düşərək mübahisəni davam etdirərkən əvvəlcədən özündə saxladığı bıçaqla ona zərbələr vurub.

Hadisəni törədən Cəfərin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Elcan onun qonşusudur: “Elcan bizimlə ailəmizdə söz-söhbət yaratdı. O, anamın əxlaqsız olduğunu bildirdi və təhqir etdi. Dəfələrlə onunla söhbət etməyimə baxmayaraq, əməlindən əl çəkmədi. Sonuncu dəfə Elcanla görüşən vaxt, ondan niyə belə etdiyini soruşdum. Elcan məni təhqir etdi və üzərimə gəldi. Ona görə də, məlum hadisə baş verdi. Elcan mütəmadi olaraq anam və bacım haqqında hər yerdə danışdı, ailəmi təhqir etdi. Hadisə günü Elcanla marketin yanında söhbət etdik. Sonra məni parka dəvət etdi. Parkda Elcanla əlbəyaxa dava etdik. Elcan məni təhqir etdi və üstümə gəldi. Mən də onu bıçaqla vurdum”.

Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərib ki, səhv etmirsə, Elcanın 40 yaşı var: “O, anama əxlaqsız deyib. Bunu özümə sığışdıra bilməmişəm. Sinif yoldaşlarımın içində utanmışam və pis vəziyyətdə qalmışam. O, anama da, bacıma da əxlaqsız ifadələr söyləyib. Hadisə günü ona zəng edərək görüşdüm. Təxminən 3-4 ildir ki, ailəmi təhqir edir. Onunla münaqişə uzun zamandır davam etməkdə idi. 3-4 il ərzində Elcanla görüşməmişəm. Birinci dəfədir ki, onunla görüşürdüm. Hadisə günü biraz içkili olmuşam. Elcanın yanında heç kim olmayıb. O, tək olub. Evdə bıçaq olmayıb. Ona görə marketdən bıçaq almışam və evə aparacaqdım. Elə oldu ki, həmin günü Elcanla görüşəsi oldum və məlum hadisə baş verdi”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq olmaqla 3 il şərti cəza verilib.

Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifəsi qoyulub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Bu gün, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Bu gün, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Bu gün, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Bu gün, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Bu gün, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Bu gün, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Bu gün, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Bu gün, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
Dünən, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
Dünən, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
Dünən, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Dünən, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Dünən, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Dünən, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Dünən, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Dünən, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Dünən, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Dünən, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Dünən, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Dünən, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Dünən, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Oxşar xəbərlər