Apple Pay istifadəçilərinə bir çox məkan və mağazalarda alınan məhsullara 30%-dək endirimlər təklif olunur. Endirimlərdən başqa müştərilər kupon və ya bonuslar əldə edə bilərlər.
“Salam Baku”, “Rodizio”, “145 Çay Bağı” və “Dar Es Salaam” restoranlarında bütün menyuya 30% endirim təklif olunur. Bundan başqa kampaniya “Park Cinema”, “Wolt”, “MCDonalds”, “Rahat Market”, “Zara”, “Bershka” və s. kafe və mağazaları da əhatə edir.
Bütün siyahı ilə AlmaCity internet saytında tanış olmaq olar.
Qeyd edək ki, Apple Pay Azərbaycanda noyabrın 2-dən fəaliyyətə başlayıb.