top
Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür
28 oktyabr 2025, 03:05
- ↺ +

Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə tələbələrin metrodan tələbə kartı vasitəsilə ödəniş edərək keçdiyini əks etdirən görüntülər yayılıb.

Bakı Metropolitenindən “Azedu”ya bildirilib ki, metroda ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib.

Qeyd olunub ki, layihə “BakıKART” və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir: “İlkin mərhələdə “Kapital Bank”ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. Tələbələrə tövsiyə olunub ki, sınaq zamanı hər hansı texniki problem yaranarsa, digər ödəniş üsullarından məsələn, “BakıKart”dan istifadə etsinlər. Həmçinin balansı olmayan kartlardan istifadə zamanı kart bloklana bilər. Ona görə yalnız balanslı kartlarla əməliyyat aparmaq məsləhət görülür”.

Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova isə Bizim.Media-ya açıqlamasında bildirib ki, tələbə kartı həm də bank kartı olduğu üçün tələbələr bundan istifadə edə bilirlər: “Sözügedən yenilik yalnız tələbələrə aid deyil, bank kartları vasitəsilə təmassız ödəniş sisteminin test mərhələsinin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, “TələbəPlus” kartı həm də bank kartı statusuna malikdir. Bu səbəbdən hazırda metropolitenlərdə aparılan sınaq mərhələsi çərçivəsində bu kartla da ödəniş etmək mümkündür. Kartların ümumilikdə ictimai nəqliyyat sisteminə inteqrasiyası həm texniki, həm də inzibati baxımdan çoxmərhələli və kompleks bir prosesdir. Bu istiqamətdə mərhələli yanaşma tətbiq olunur və Fond tərəfindən bütün zəruri addımlar ardıcıl şəkildə həyata keçirilir. Tələbələr üçün xüsusi endirim və güzəştlərin müəyyən edilməsi isə Tarif Şurasının səlahiyyətinə aid məsələdir.

Təhsilin İnkişafı Fondu olaraq ictimaiyyəti bu prosesin gedişi barədə mütəmadi şəkildə məlumatlandıracağıq”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Oxşar xəbərlər