Novruz bayramı ilə əlaqədar 20-26 mart tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Bu barədə qurumdan məlumat verilib.
20 mart tarixində vətəndaşlar yalnız hazır şəxsiyyət vəsiqələrinin və pasportların verilməsi xidmətindən yararlana bilərlər. “ASAN kommunal” mərkəzlərində isə bazar günü qeyri-iş günüdür.
27 mart tarixindən etibarən mərkəzlər adi rejimdə fəaliyyət göstərəcək.