Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu haqda martın 31-də Report-a onun vəkili Telman Abdıyev deyib.
Onun sözlərinə görə, müvəkkili cəzasını Bakı İstintaq Təcridxanasının 17 saylı Cəzaçəkmə Müəssisəsində çəkəcək.
Qeyd edək ki, Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. O, məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.