“Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda Azərbaycanda atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilib. Bu barədə dekabrın 24-də Report məlumat verib.
Həmçinin seksual qısnamaya, ayrı-seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyənləşdirilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunub.