Ötən il ölkədə atmosferə atılmış çirkləndirici maddələrin həcmi 2020-ci illə müqayisədə 39,5 min ton çoxalaraq ümumilikdə 880,2 min ton təşkil edib. Bu barədə martın 31-də Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bunun 82,2%-i və ya 723,5 min tonu avtomobillərdən atılan tullantılar olub. Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakı şəhərində 6,3 min ton, Mingəçevir şəhərində 1,6 min ton, Sumqayıt şəhərində isə 0,7 min ton artıb.
Ötən il stasionar mənbələrdə yaranan zərərli maddələrin 65,7%-i təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilib. Yəni, 121,1 min ton zərərli maddənin havaya atılmasının qarşısı alınıb.