Bu gün, aprelin 1-də güləş üzrə Avropa çempionatında qadın güləşçilərinin yarışlarına yekun vurulacaq.
Azərbaycanı təmsil edən Elis Manolova (65 kq) bu gün final görüşünə çıxacaq. Rəqib ukraynalı güləşçi Tatyana Rıjko olacaq. Qeyd edək ki, dünən iki qadın güləşçimiz bürünc medal uğrunda görüşlərdə məğlub olub. Türkan Nəsirova (50 kq) Polşa təmsilçisinə, Alyona Kolesnik isə Almaniya təmsilçisinə uduzub.
Bu gün, həmçinin yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulacaq. Bunlar Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) olacaq.
Qeyd edək ki, turnirə aprelin 3-də yekun vurulacaq.